Tokayev Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan danışdı
28 Oktyabr 2022 11:39 SiyasətTrans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) Avrasiya bazarları üçün yeni imkanlar açır.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu oktyabrın 28-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev MDB Hökumət başçıları şurasının üzvləri ilə görüş zamanı deyib.
"Bu məsələ daha da aktuallaşır və hesab edirəm ki, MDB üzv dövlətləri mövcud potensialın inkişafı, xüsusilə də Şimal-Cənub dəhlizi vasitəsilə İran, Fars körfəzi və Hindistana çıxış imkanlarını təmin etmək üçün işlərini davam etdirəcək", - K.Tokayev deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31