Bərdə faciəsi erməni terrorunun bariz sübutudur - ÖZƏL
28 Oktyabr 2022 10:26 Siyasət"44 günlük Vətən müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan hərbi birləşmələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından iki il ötür. 2020-ci il oktyabrın 28-də saat 13.00 radələrində Ermənistan silahlı qüvvələrinin cəbhə xəttindən uzaqda yerləşən Bərdə şəhərinə beynəlxalq hüquqla qadağan olunmuş kasetli bombalardan istifadə etməsi onların terrorçu xislətinin, xüsusi amansızlıqla törətdikləri qanlı faciələrin bariz sübutudur". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Tamam Cəfərovanın sözlərinə görə, dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə zərbələr endirilməsi nəticəsində 21 nəfər həlak olub, 70-ə yaxın şəxs yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib:"Bu kədərli anları dərin hüznlə yad edir, Bərdə faciəsinin qurbanlarının ailə üzvlərinə və yaxınlarına hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!"