Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın Şura iclasında iştirak edib - FOTO
28 Oktyabr 2022 10:30 SiyasətOktyabrın 27-də Özbəkistanın Səmərqənd şəhərində Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərin Parlamentlərarası Assambleyası Şurasının iclası keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova iclasda iştirak edib.Olaylar xəbər verir ki, tədbirdə ötən dövr ərzində Assambleya çərçivəsində görülmüş işlər, həyata keçirilmiş tədbirlər, həmçinin təşkilatın gələcək fəaliyyət planı müzakirə olunmuş və digər təşkilati məsələlər nəzərdən keçirilmişdir. Azərbaycan parlamentinin spikeri müzakirə olunan mövzular haqqında öz fikirlərini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31