Azərbaycan erməni hərbçilərin meyitini qarşı tərəfə təhvil verib

Azərbaycan Ermənistanın 10 hərbçisinin meyitini qarşı tərəfə təhvil verib.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib.

O, digər detalları açıqlamayıb və əlavə edib ki, meyitlər ekspertizaya göndərilməlidir.

Qeyd edək ki, bundan əvvəl 133 erməni hərbçisinin meyiti qarşı tərəfə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31