YAP Nizami rayon təşkilatının fəalları Heydər Əliyev Mərkəzini ziyarət ediblər
27 Oktyabr 2022 16:12 SiyasətYeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30-cu ildönümü münasibətilə partiyanın Mərkəzi Aparatı tərəfindən hazırlanmış və İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq YAP-ın Bakı şəhəri üzrə rayon təşkilatlarının gənc fəallarının Heydər Əliyev Mərkəzinə ekskursiyası davam edir. "OLAYLAR" xəbər verir ki, oktyabrın 27-də YAP Nizami rayon təşkilatının fəalları Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
Partiya fəalları Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlarla, əyani vəsaitlərlə tanış olublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31