Qətər Əfqanıstana dəstəyini bir daha bəyan edib
27 Oktyabr 2022 14:36 SiyasətQətərin xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani Dohanın Əfqanıstana dəstəyini bir daha təsdiqləyib.
O, bu sözləri Birləşmiş Millətlər Günü münasibətilə keçirilən iclasda deyib: "Biz Qətər Dövlətinin Əfqanıstandakı qardaşlarımız qarşısındakı humanitar öhdəliklərinə sadiqliyini, eləcə də əfqan xalqını və onun layiqli yaşamaq hüququnu dəstəkləmək üçün davamlı hazırlığımızı və qəti mövqeyimizi bir daha təsdiqləyirik".
Azpost.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31