Binəli Yıldırım Prezident İlham Əliyevə təşəkkür etdi

Azərbaycanda avtomobil qəzası keçirərək xəstəxanaya yerləşdirilmiş və daha sonra Türkiyəyə yola salınmış sabiq baş nazir Binəli Yıldırım evə buraxılıb.

B.Yıldırım bu gün xəstəxanada jurnalistlərin suallarını cavablandırıb.

O, Azərbaycanda müalicə olunduğu müddətdə göstərdiyi diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

"Ağır qəza keçirdik. Qəza yerindən dərhal helikopterlə xəstəxanaya gətirildik. Qəzanın baş verdiyi andan bizimlə çox yaxından maraqlanan, dəstəkləyən dost və qardaş Azərbaycanın Prezidenti İlham Əliyevə təşəkkürümü bildirirəm. Həmçinin, müalicə prosesini daim diqqətdə saxlayan prezidentimiz Rəcəb Tayyib Ərdoğana da minnətdarlıq ifadə edirəm". - deyə B.Yıldırım bildirib.

trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31