"Putin məndən xahiş etdi ki, mesajını sizə çatdırım" - Prezident Zelenski ilə görüşdə şok açıqlama verdi

Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə Qvineya-Bisau prezidenti Umaru Sisoku Embalo ilə görüşüb. 

Qvineya-Bisau prezidenti Zelenskiyə Putindən Rusiyanın Ukrayna ilə "körpülər və dialoq qurmaq" istədiyi barədə "siqnal"ı çatdırıb. 

Sisoku Embalo bildirib: "Dünən Rusiyada idim, prezident Putinlə görüşdüm. O, məndən sizə bir mesaj çatdırmağımı, sizinlə danışmağımı istədi. Mənə prezident Zelenski ilə danışıqlara hazır olduğunu bildirdi". 

Zelenski "Danışıqlara hazır olan Putin 400 pilotsuz təyyarə ilə ukraynalıları vurub"  cavabını verib.

Yenisabah.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31