Dünya hələ də azərbaycanlılara qarşı törədilmiş soyqırımı haqqında tam məlumatlı deyil - ÖZƏL
27 Oktyabr 2022 11:34 Siyasət"Soyqırımını törətdiyi fəsadlar, qurbanların sonrakı taleyi, cinayətkarların cəzalandırılması, yerli və beynəlxalq hüququn mövqeyi kimi məsələlər bizi də narahat edir. Çünki xalqımız dəfələrlə soyqırımına məruz qalıb və hələ də əsl cinayətkarlar cəzasına çatmayıb". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Hicran Hüseynovanın sözlərinə görə, əfsuslar olsun ki, dünya hələ də azərbaycanlılara qarşı törədilmiş soyqırımı haqqında tam məlumatlı deyil: "Ona görə də bu gün Azərbaycana və xalqımıza qarşı törədilən hərbi cinayətləri dünyada təbliğ etmək üçün hər birimiz, xüsusi ilə də gənclərimiz məsuliyyət daşıyır. Azərbaycan xalqı son 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məru qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur".