Azərbaycanda erməni dilini tədris edən mərkəzin olmasına ehtiyac var
27 Oktyabr 2022 10:18 Siyasət"Azərbaycanda erməni dilini tədris edən, Ermənistanı araşdıran ayrıca mərkəzin olmasına ehtiyac var. Baş verən proseslər onu göstərir ki, Ermənistanın hələ də bizə qarşı kin-küdurəti, düşmənçiliyi davam edir və edəcək". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, o baxımdan da gələcəyi proqnozlaşdırmaq, prosesləri təhlil etmək üçün, kurslarda və bir mərkəzdə bu istiqamətdə tədrisə ehtiyac var: "Bizim həm hərbiçilərimiz, həm siyasətçilərimiz, həm də diplomatlarımız arasında erməni dilini, Ermənistanı bilən mütəxəssislərə ehtiyac var ki, onlar prosesləri izləsinlər və araşdırsınlar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31