"Anar müəllim Yazıçılar Birliyinə lazımdır" - AYB-də qurultay

Bu gün Akademik Milli Dram Teatrında Azərbaycan Yazıçılar Birliyinin 13-cü qurultayı keçirilir.

Qurultayı AYB-nin hazırkı sədri, Xalq yazıçısı Anar Rzayev çıxış nitqi ilə açıb.

Dunyadan köçən yazıçıların və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Qurultayla baglı  açıqlama verən yazıçı Elçin Hüseynbəyli Azərbaycan Yazıçılarının qurultayına uzun müddət hazırlıq getdiyini, lakin pandemiya səbəbindən qurultayın gecikdiyini bildirib:

"Ancaq bu il çox intensiv işlər görüldü. Qurultayın müzakirələri keçirildi, bir sıra kitablar nəşr olundu. Sonuncu nəşr olunan kitab "Barıt qoxulu sətirlər" oldu".

Elçin Hüseynbəyli ədəbi cameə üçün hər zaman aktual olan AYB sədrinin dəyişilib dəyişilməyəcəyi sualına bele cavab verib:

"Mən düşünmürəm ki, sədr dəyişiləcək. Hələki Anar müəllim Yazıçılar Birliyinə lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31