"Türk ədəbiyyatına ən uyğun türkçə- Azərbaycan türkçəsidir"- Türkiyənin sabiq naziri - ÖZƏL

Olaylar.az xəbər verir ki, Yazıçılar Birliyinin 13-cü qurultayı zamanı Türkiyənin sabiq mədəniyyət naziri Namiq Kamal Zeybək çıxış edib. Zeybək çıxışı zamanı qələbəyə görə Azərbaycan xalqını könüldən təbrik edib.
"1-ci Qarabağ müharibəsi zamanı igid oğlanlar, ruhlandırmaq üçün yazam şairlər, yazarlar var idi. Ancaq, ordu yox idi. 
Azərbaycan xalqı qəhrəman olduğunu 2 dəfə sübut edib. Onlardan biri 20 Yanvar idi. Həmin zamanda Bəxtiyar Vahabzadəyə zəng vurdum. Dedi ki, qırılırıq. O zamanlar Türkiyədə türk dünyası təfəkkürü formalaşmamışdı. İndi isə qələbə qazanmışıq. Ermənilər yenidən bir şey etmək istəsələr cavablarını alacaqlar" 
Daha sonra Zeybək türk dünyasının birləşməsinin vacibliyindən, Bakı xatirələrindən danışıb. 
"Türk ədəbiyyatına ən uyğun türkçə,Azərbaycan türkçəsidir" deyən Zeybək, yazdığı yeni kitabları Yazıçılar Birliyinə hədiyyə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31