Dövlətçiliyimizi yaşatmaq, müstəqilliyimizi möhkəmlətmək üçün biz güclü olmağa məhkumuq

"2023-cü ildə dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır. Bu rəqəm cari illə müqayisədə 5,2%, 2021-ci ilə nisbətdə isə 16,4% çox olacaq. Bu, ölkə tarixində ən yüksək göstəricidir".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. Millət vəkili bildirib ki.
eyni zamanda büdcəmizin qeyri-neft gəlirləri cari ildən 5,6%, 2021-ci illə müqayisədə isə 12,2% çoxdur:

"Bu, sadəcə statistika deyil, bu, ölkədə doğru idarəçiliyin nəticəsində bizim artan gücümüzün, artan iqtisadi imkanlarımızın ifadəsi olmaqla mürəkkəb bir periodda, İran və Ermənistanın timsalında qeyri-sağlam mövqeyə malik qonşuların mövcudluğu şəraitində davamlı qələbələrimizin qarantıdır. Çünki mövcudiyyətimizi qorumaq, dövlətçiliyimizi yaşatmaq, müstəqilliyimizi möhkəmlətmək üçün biz güclü olmağa məhkumuq. Azərbaycan dövləti həmişə güclü olmalıdır!".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31