Azərbaycana qarşı kollektiv hücum - ÖZƏL

"Son günlər Minsk qrupunun hər üç üzvü, o cümlədən bəzi regional dövlətlərin ictimai adamları, millət vəkilləri, rəsmiləri və mediası tərəfindən Azərbaycana qarşı davamlı olaraq təbliğat aparıldığının şahidiyik. Bu kontekstdə həm Qərb, həm Rusiya, həm də İran ciddi şəkildə Azərbaycana pressinq edərək hansısa maraqlarının Bakı tərəfindən qəbul olunmasını istəyirlər". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Zaur Məmmədovun sözlərinə görə,  dünənlərdə bu təbliğata BBC-nin də qoşulması və daxilimizdə bəzi "siyasi fəalların" adı şəkilən "xəbər carçısı"na Bakını tənqid edən şərhlər vermələri,  sözsüz ki, birmənalı qarşılana bilinməz: "Rusiya, İran, Fransa kanallarında, o cümlədən BBC-də gedən sujetə, o cümlədən Parisin noyabrın ortasında Azərbaycana qarşı qətnamə qəbul etmək fikrində olması və bütün  digər məqamlara baxmayaraq-sonda Bakının istədiyi olacaq. Azərbaycan- Ermənistan arasında danışıqlara müdaxilə edən və əldə edilən razılıqların icrasının qarşısını almaq istəyən, razılaşdırılmış sülh müqaviləsinin qaralamasını yayan müəyyən dövlətlər öz məqsədlərinə çatmayacaqlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31