ABŞ, Cənubi Koreya və Yaponiya Şimali Koreyaya qarşı mübarizə üçün bir araya gəliblər

Cənubi Koreya, ABŞ və Yaponiya xarici işlər nazirlərinin müavinləri Şimali Koreyada mümkün nüvə sınağı ilə bağlı narahatlıqlar fonunda dünyada və regionda təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr aparıblar.

Olaylar.az Oxu.az -a istinadən xəbər verir ki, "Yonhap"-ın məlumatına görə, Oktyabrın 26-da Tokioda Cənubi Koreyanın xarici işlər nazirinin birinci müavini Ço Hen Don amerikalı və yaponiyalı həmkarları Uendi Şerman və Takeo Mori ilə üçtərəfli görüş keçirib. Diplomatlar "Şimali Koreyadan gələn təhdidlərə qarşı mübarizə" yollarını müzakirə ediblər.

Görüş Şimali Koreya lideri Kim Çen Inın tezliklə növbəti nüvə sınağı keçirə biləcəyi və əlavə təxribatlar törədə biləcəyi ilə bağlı ehtimallar fonunda keçirilib.

Birləşmiş Ştatlar Şimali Koreyanı yeni nüvə sınaqları olacağı təqdirdə nəticələrlə hədələyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31