Zəfər xronikası 26 oktyabr 2020-ci il: Birinci vitse-prezidenti Mehriban Əliyeva Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhərinin işğaldan azad edilməsi münasibətilə xalqımızı təbrik edib - FOTO
26 Oktyabr 2022 00:03 SiyasətAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İnstaqram hesabında Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhərinin işğaldan azad edilməsi münasibətilə bağlı paylaşım edib.
Olaylar.az bildirir ki, paylaşımda deyilir:
"Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhəri işğaldan azad edildi! Bu münasibətlə bütün xalqımıza səmimi təbriklərimi çatdırıram! Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur. Onların hər birinə hədsiz dərəcədə minnətdaram! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31