"Türkiyə bundan sonra da qardaşları ilə bir yumruq olacaq” - Hulusi Akar

Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq "bir millət, iki dövlət" anlayışı ilə ən yüksək səviyyədə davam edir.

Olaylar.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar azərbaycanlı həmkarı Zakir Həsənovla görüşü zamanı bildirib.

"Ermənistanın təxribatlarından əl çəkməsi, diqqəti sülh danışıqlarına və Azərbaycanla barışıq çərçivəsində əməkdaşlığa yönəltməsi, sülh əlini tutması zəruridir. Türkiyə bu günə qədər olduğu kimi bundan sonra da azərbaycanlı qardaşları ilə bir yumruq olacaq", - deyə nazir vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31