Azərbaycan və Qazaxıstan arasında imzalanmış bəyannamə ikitərəfli münasibətləri yeni səviyyəyə qaldırdı - Səfir
25 Oktyabr 2022 21:17 SiyasətQazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Bakıya səfəri zamanı imzalanmış ikitərəfli əlaqələrin möhkəmləndirilməsi haqqında bəyannamə iki ölkə arasında münasibətləri yeni səviyyəyə qaldırıb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov Qazaxıstanın Respublika Günü və Azərbaycan ilə Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə bu gün keçirilən tədbirdə deyib.
O qeyd edib ki, Azərbaycan və Qazaxıstan uzun müddətdir ki, yaxın müttəfiqdir.
"Biz müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişafı üçün böyük imkanlar görürük. Münasibətlərin möhkəmləndirilməsi üçün bütün bu imkanlar Qazaxıstan prezidentinin səfəri zamanı imzalanmış ikitərəfli sənədlərdə müəyyən edilib", - S.Abdıkərimov bildirib.
Onun sözlərinə görə, hazırda ölkələrin qarşısında ticarət dövriyyəsini bir milyard dollara çatdırmaq vəzifəsi durur.