Kreml rəhbərliyi imza atdığı sənədləri adi kağız parçası hesab edir - ÖZƏL

"Rusiyanın Azərbaycana təzyiqi əsasən, rəsmi Bakının Moskvanın deyil, Brüssel formatına üstünlük verməsinə irəli gəlir.Rusiya telekanalında  Azərbaycana qarşı siyasi avantüra və ölkəmizin ərazi bütövlüyünü şübhə altına alması Kremlin əsas strateji xəttidir. Rusiya məhz Qarabağda sülhməramlı qüvvələrini saxlamaqla, burdakı ermenilərə status tələb etməklə qalıcılığını qorumağa çalışır. Qarabağda ermənilər əli ilə  Azərbaycana qarşı istənilən vaxt təzyiq etmək siyasətinin tərkib hissəsidir". Milli Cəbhə Partiyasının sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə "Olaylar"a bildirib ki, bu ilin fevralın 22-də iki dövlət arasında imzalanan "müttəfiqlik" haqqında Moskva bəyannaməsinin Kreml tərəfindən pozulmasıdır. Bu onu göstərir ki, Kreml rəhbərliyi imza atdığı sənədləri adi kağız parçası hesab edir: "Moskvanın Azərbaycana qarşı düşmənçiliyində türkfobiya və müsəlmançılıq əsas meyardır. Ona görə də Rusiya heç vaxt Azərbaycanla müttəfiq olmayacaq. Rusiya uzun illərdi Ermənistan vasitəsilə Azərbaycana qarşı vəkalət müharibəsi aparıb. Azərbaycan və Türkiyə buna son verib. Rusiyanın əlində Qarabağda kiçik bir ərazidə öz hərbiçilərivə ermənilər vasitəsilə təzyiq etməyə çalışır. Bu da Moskvanın əleyhinə işləyəcək. Rusiyanın Azərbaycanı hədəf seçərək  efirdə verilməsi Azərbaycanla Ermənistan arasında danışıqlarda Moskvanın deyil,  Brüsselin vasitəçiliyinə üstünlük verməsidir. Rusiyanin sülh planında Qarabağın yekun statusu qeyd edilir və Azərbaycanın ərazi bütövlüyü xaricində göstərilir. Ona görə də rəsmi Bakı Mokvanın vasitəçiliyinə şübhə ilə yanaşır".

Onun bildirdiyinə görə, Azərbaycanın iki başlıca strateji planı var. Birinci, Xankəndində üçrəngli bayrağın dalğalanmasi. İkinci, Zəngəzur dəhlizinin açılması. Rusiya məhz iki plana qarşıdır: "Azərbaycanin Rusiyaya etiraz notası verməsi göstərir ki, iki ölkə Moskva Bəyannaməsinə baxmayaraq müttəfiq deyil. Ümumiyyətlə, nota  verilməsi  strateji müttəfiq dövlətlər arasında olmur. Qeyd edim ki, Moskva Bəyannaməsinin Milli Məclisdə ratifikasiya edilməsinə ehtiyac yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31