Artıq Qubadlıda Azərbaycanın dövlət bayrağı dalğalanır
25 Oktyabr 2022 10:46 Siyasət"25 oktyabr çağdaş tariximizin qəhrəmanlıq səhifələrinə Qubadlının işğaldan azad edilməsi günü kimi yazılacaq.Bildiyimiz kimi Müzəffər Ali Baş Komandanımız. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin "irəli" əmri ilə Qəhrəman Azərbaycan Ordusunun 27 sentyabr 2020-ci il tarixində başladığı əks-hücum hərbi əməliyyatlar nəticəsində 2020-ci il oktyabrın 25-də Qubadlı rayonu işğaldan əbədi olaraq azad edildi". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Məlahət İbrahimqızının sözlərinə görə, Vətən müharibəsinin 27-ci günü - oktyabrın 23-də Azərbaycan Silahlı Qüvvələri uğurlu əməliyyatları davam etdirərək, Qubadlı ərazisinə daxil olaraq, rayonun yaşayış məntəqələrini təcavüzkar və işğalçı erməni quldurlarından təmizləndi. Bununla da 30 illik işğal və həsrətə son qoyuldu və artıq iki ildir ki, Qubadlı rayonu öz doğma sahibinə qovuşmuşdur Məhz 23 oktyabrda Qubadlı rayonunun bir neçə yaşayış məntəqəsi - Zilanlı, Kürd Mahruzlu, Muğanlı və Alaqurşaq kəndləri işğaldan azad edilib. Oktyabrın 25-də isə yəni Vətən müharibəsinin 29-cu günündə Azərbaycan Ordusu Qubadlı şəhərini və Qubadlı rayonunun daha bir neçə kəndini işğaldan xilas etmişdi: "İlk olaraq, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad olunduğunu özünün tvitter hesabından elan etmişdi.Oktyabrın 26-da isə dövlət başçısı xalqa müraciətində bir aya yaxın davam edən Vətən müharibəsində düşmənin məhv edilmiş və qənimət götürülmüş silah və texnikasını açıqlamışdı.Eyni zamanda Azərbaycan Ordusunun oktyabrın 25-də Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu və Çələbilər kəndlərinin işğalına son qoyulduğu bəyan edildi.Ermənistan ordusu Qubadlıda xeyli canlı qüvvə və texnika itirib. Qeyd etmək lazımdır ki, Qubadlının azad olunması ilə Azərbaycan Ordusunun Laçın rayonuna yolu açılmış və Silahlı Qüvvələrimiz Laçın dəhlizi istiqamətində irəliləmişdir. Bildiyimiz kimi, digər ərazilərimizin azad olunmasında olduğu kimi Qubadlının işğaldan azad olunması şərəfinə Azərbaycan Respublikasında "Qubadlının azad olunmasına görə" medalı təsis olunubdur. Fəxrlə deməliyik ki, Müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçulara və əsgərlə "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilmişdi.
Fərəhlə deməliyik ki, bugün işğaldan azad edilmiş Qubadlı rayonu artıq özünün yeni inkişaf mərhələsini yaşayır. Belə ki, Qarabağın dirçəliş proqramı çərçivəsində Qubadlı rayonu üçün gələcək perspekt inkişaf planı hazırlanır. Belə ki, rayonun baş planı hazırlanmış bütün kəndləri, o cümlədən Qubadlı şəhərinin yenidən qurulacaqdır.Buna baxmayaraq, baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi, əvvəlki memarlığı nəzərə alınacaqdır. Hazırda rayon ərazisində çox möhtəşəm quruculuq, infrastruktur layihələr həyata keçirilir. Mətbuatdan da izlədiyimiz kimi, işğaldan azad edilmiş Qubadlı ərazisində onun gələcəyinə hədəflənən artıq yeddi yarımstansiya inşa olunubdur ki, hansı ki, Sovet dövründə inşa ediləndən xeyli çoxdur. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonları birləşdirən Dördzolaq yolu ən yüksək səviyyədə Zəngilandan Qubadlıya, Laçına olan avtomobil yoludur.
Artıq Qubadlıda Dövlətimizin dövlət bayrağı dalğalanır. Möhtərəm Prezidentimiz Respublikamızın Birinci xanımı ilə iki dəfə Qubadlıya səfər etmiş və bu səfər proqramı çərçivəsində Qubadlı rayon sakinlərinin Böyük Qayıdış və Qubadlı rayonun gələcək inkişaf perspektivləri müzakirə olunmuşdur. Bununla bərabər Dövlət Başçımızın bu səfərləri zamanı Qubadlıda Azərbaycan bayrağı ucaldılmış, Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində,"Qubadlı" yarımstansiyasının və rayon ərazisində Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak etmiş və bu səfərlər çərçivəsində rayon ictimaiyyəti ilə görüşmüşdür. Əminik ki, ən yaxınlarda Qubadlı rayonunda həyata keçirilən quruculuq işləri yüksək səviyyədə yekunlaşacaq və sahiblərinə qovuşacaqdır".