Hind əsilli Rişi Sunakın Britaniyada hakimiyyət başına gəlməsi Azərbaycan tərəfində hər hansı narahatçılıq yaratmamalıdır - ÖZƏL
25 Oktyabr 2022 10:21 SiyasətBöyük Britaniya kimi ölkələr çox illik sistemin yaratdığı "görünməz əl" tərəfindən idarə edilir. Bu bir növ dövlətin bəlli bir strateji alqoritmi əsasında yaradılan "avtopilot" kimidir.
"OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən iqtusadçı Eldəniz Əmirovun qənaətincə, belə ölkələrdə hökümət başçıları həmin "avtopilot"a xidmət edən mexanik kimi olurlar:
"Bunu kimsə dəyişə bilməz. "Avtopilot"a xidmət edən mexanik alqoritmdə nəyisə dəyişməyə cəhd edərsə və xidməti normal icra edə bilməzsə o zaman bu postda çox qala bilməzlər. Liz Trasın hakimiyyətdə cəmi 45 gün qala bilməsinin də əsl səbəbi elə bu idi. Odur ki, Hisdistan tərəfindən Ermənistanın dəstəkləndiyi bir vaxtda hind əsilli Rişi Sunakın Britaniyada hakimiyyət başına gəlməsi Azərbaycan tərəfində hər hansı narahatçılıq yaratmamalıdır. Çünki Britaniya Azərbaycanı ən çox dəstəkləyən ölkələrdən biridir".
İqtisadçı onu da deyib ki, Böyük Britaniya Azərbaycana ən çox investisiya yatıran ölkədir.