Azərbaycan, Rusiya və Ermənistan liderlərinin gözlənilən görüşü ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
24 Oktyabr 2022 23:56 SiyasətRusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı dövlətlər arasında münasibətlərdəki vəziyyəti müzakirə etmək məqsədilə növbəti üçtərəfli sammit üçün Rusiyaya dəvət edib.
Olaylar.az oxu.az-a istinadən bildirir ki, bu barədə bazar ertəsi Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın açıqlamasında deyilir.
"Burada üçtərəfli və ikitərəfli məsələlərin bütün spektrinin müzakirəsi planlaşdırılır", - Zaxarova bildirib.
***
Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında Rusiyada üçtərəfli görüş keçirilə bilər.
Olaylar.az oxu.az-a istinadən bildirir ki, bu barədə diplomatik mənbədən xəbər verilib.
Bildirilir ki, artıq görüşlə bağlı işlərə başlanılıb.
O da qeyd edilir ki, danışıqlar oktyabrın son günlərində aparıla bilər. Tədbirin keçirilməsi üçün əsas yerlər Moskva və Soçi hesab olunur.