Gürcüstan-Azərbaycan-Ermənistan ilə bağlı bəyanat çox müsbət və ümidvericidir - ABŞ səfiri

Prezident İlham Əliyevin Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələri ilə bağlı bəyanatı çox müsbət və ümidvericidir.

Olaylar.az trend-ə istinadən bildirir ki, bunu bazar ertəsi jurnalistlərə ABŞ-nin Gürcüstandakı səfiri Kelli Deqnan deyib.

Onun sözlərinə görə, region ölkələrinin liderlərinin istənilən görüşü vacibdir.

"Gürcüstanın vasitəçilik roluna gəlincə, biz Gürcüstanın saxlanılanların təhvil verilməsində oynadığı rolu çox yaxşı xatırlayırıq. Bu, Gürcüstanın prosesdə uğurlu vasitəçiliyi faktıdır. Bununla belə, üç ölkə arasında əməkdaşlıq və dialoqun inkişaf edə biləcəyi bir çox müxtəlif sahələr var. Bunlar enerji, iqtisadiyyat və qarşılıqlı əməkdaşlıq əsasında inkişaf etdirilə biləcək digər sahələrdir. Prezident İlham Əliyevin bəyanatı çox müsbət və ümidvericidir", - K.Deqnan bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31