Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri başa çatıb
24 Oktyabr 2022 20:08 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri oktyabrın 24-də başa çatıb.
Olaylar.az bildirir ki, Azərbaycanın və Gürcüstanın Dövlət bayraqlarının dalğalandığı Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyevi Gürcüstanın Baş naziri İrakli Qaribaşvili yola saldı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31