"İran düşünür ki, Zəngəzur məsələsini əngəlləyə biləcək"- ÖZƏL

"İran düşünülməmiş addım atdı. Düşüncəsi olsa idi, tez-bazar bir halda "tövlə" kimi binada konsulluq açmaq haqqında düşünməzdi. Ancaq bir "molla" o cür binada konsulluğun olmağını düşünə bilərdi. Təbii ki, bu, həm İrana, həm də Ermənistana layiq addım oldu. Bu, diplomatiya üçün təhqir idi. Çünki, onlarda diplomatiya anlayışı yoxdur. Hər ikisi tarix boyu tapşırığı icra edən dövlətlər olublar. Konsulluğun açılması İranın böyük yanlışı oldu. İran düşündü ki, bunu etməklə Ermənistanın yanında olacaq və Zəngəzur dəhlizinin açılışını əngəlləyə biləcək. İran bölgədə söz sahibi olduğunu göstərməyə çalışırdı. Ancaq, əksi oldu. Onlar, Azərbaycanın atacağı addımları sürətləndirdilər".  

Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib:

"15 iyun 2021-ci Şuşa bəyannaməsinə görə  Şuşada Türkiyənin konsulluğunun açılması nəzərdə tutuldu.  Azərbaycan prezidenti 19 ildə ilk dəfə idi ki, Azərbaycan kənarda yaşayan soydaşlarımızın hüquqlarının, dilinin qorunması ilə bağlı bütün addımların atılacağını bildirdi. Bu, çox güclü bir mesaj idi. Çünki bizdən sayca 4 dəfə çox soydaşımız İranda yaşayır. İndiyə qədər bunu dövlət siyasətinə çevirməmişdik. Dünya azərbaycanlıları bu fikirlərə müsbət reaksiya verdilər. Ondan sonra İranda baş verən hadisələrlə bağlı dünyanın başqa-başqa şəhərlərində hər gün mitinqlər, yürüşlər keçirildi. Həmin mitinqlərdə iştirak edənlər bizim soydaşlarımız idi. Ermənistan ağlını başına yığsa çox yaxşı olacaq. Çünki, bu dəfəki zərbə daha ağır olacaq.  Sülh sazişini bu ilin sonuna qədər imzalamalıdır. Konsulluğun açılması bunlara əngəl olmaq, "dirsək" göstərmək üçün idi. Ancaq, molla rejimi bir şeyi anlamır ki, onlar 15-ci əsrdə qalıblar. Azərbaycan isə 21-ci əsrdədir. Təhsili, mədəniyyəti qaydaya salıb, sonra bunları etsinlər. Min illik tarixi qaldırsalar, görərlər ki, İranı İran edən türklərdir. Viran edən də türklər olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31