Azərbaycan irəli sürdüyü beynəlxalq təşəbbüslərlə dünya ölkələrinə nümunə olacaq model ortaya qoyub - ÖZƏL
24 Oktyabr 2022 13:22 Siyasət"Dünyada hökm sürən qeyri-sabit proseslər fonunda Azərbaycan dünya ölkələri ilə yanaşı beynəlxalq təşkilatlarla da əməkdaşlıq edir, sühsevər və inkşafa hesablanan təşəbbüslər irəli sürür. Ölkəmiz tərəfindən irəli sürülən bütün təşəbbüslər hər zaman dünya miqyaslı təşkilatlar tərəfindən dəstəklənib"
"OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva səsləndirib. O bildirib ki, eyni zamanda bütün dünya miqyaslı təşkilatlar Azərbaycanın nümunəvi üzv dövlət olmasını xüsusi qeyd edib və səmərəli fəaliyyətinə görə dəfələrlə ölkəmizə, ölkə başçısı cənab İlham Əliyevə təşəkkür ediblər.:
"Ümumi olaraq Azərbaycan, həyata keçirdiyi xarici siyasətlə və irəli sürdüyü beynəlxalq təşəbbüslərlə dünya ölkələrinə nümunə olacaq model ortaya qoyub".