Milli QHT Forumu “Heydər Əliyev İli” ilə bağlı tədbirlər keçirəcək - ÖZƏL

Milli Qeyri-Hökumət Təşkilatları Forumu "Heydər Əliyev İli" ilə bağlı tədbirlər keçirməyi nəzərdə tutub. Bu barədə məlumatı "OLAYLAR"-a Forumun prezidenti Rauf Zeyni verib. O bildirib ki, cari ilin sonunda Forumun geniştərkibdə baş tutacaq iclasında bununla bağlı müvafiq qərarlar qəbul ediləcək.

Rauf Zeyni onu da bildirib ki, rəhbərlik etdiyi qurum "Heydər Əliyev İli" çərçivəsində "Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasında və inkişaf etdirilməsində Heydər Əliyevin xidmətləri" adlı konfrans da keçirməyi nəzərdə tutur: "Təbii ki, bu hələlik bir istəkdir. Dediyim kimi yekun qərar və tədbirlər planı yaxın vaxtlarda müıyyənləşdiriləcək"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31