İlham Əliyev Gürcüstana işgüzar səfərə gedib
24 Oktyabr 2022 11:32 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Gürcüstana işgüzar səfərə gəlib.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycanın və Gürcüstanın Dövlət bayraqlarının dalğalandığı Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidentini Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili və digər rəsmi şəxslər qarşıladılar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31