Parlamentdə siyasi partiyalarla bağlı ictimai müzakirə başlayıb

Milli Məclisdə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin ictimai müzakirəsi başlayıb."Olaylar" xəbər verir ki, müzakirələrdən əvvəl Milli Məclisin sədri Sahibə Qafarova partiya sədrləri ilə görüşüb və onlara uğurlar arzulayıb. Qeyd edək ki, müzakirələrdə parlamentdə təmsil olunan və parlamentdən kənar siyasi partiyaların nümayəndələri iştirak edir. Müzakirəni vitse-spiker Fəzail İbrahimli açıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31