Parçalanan Türk dünyasının bütövlüyü Zəngəzur dəhlizinin reallaşması ilə təmin olunur - ÖZƏL

"Azərbaycan və Türkiyə eyni mənəvi-siyasi və geosiyasi çətir altında - Türk Dövlətləri Təşkilatında birləşən ölkələrin strateji maraqlarının təmin olunması, məqsədlərin gerçəkliyə çevrilməsi üçün fəal rol oynayır". Olaylar" xəbər verir ki, bunu deyən siyasi şərhçi Nurlan Qələndərlinin sözlərinə görə, Bakı ilə Ankaranın strateji kursu və geosiyasi fəallığı türkdilli ölkələr coğrafiyasında sülh, sabitlik, təhlükəsizlik və əməkdaşlığa xidmət etməklə yanaşı, uzunmüddətli hədəflərə nail olmağa real zəmin yaradır: "Xüsusilə də, vaxtilə coğrafi baxımdan parçalanan Türk dünyasının Zəngəzur dəhlizinin reallaşdırılması ilə bütövlüyü, vahid bir ailə və qüvvə kimi fəaliyyəti təmin olunur. Bu, Türk dünyasının onillikləri əhatə edən probleminin yeni yüzillikdə həllini mümkün edir. Regionda yeni nizam iki dost, qardaş və strateji tərəfaş ölkənin öndərliyində formalaşır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31