Müdrik siyasətimiz ölkəmizin uğurlu gələcəyinin etibarlı zəmanətidir

Qərargahı Minsk şəhərində yerləşən Müstəqil Dövlətlər Birliyi 1991-ci ildə yaranıb. Azərbaycan 1993 -cü ilin sentyabrında MDB-nin tam hüquqlu üzvü olub. Bildiyimiz kimi MDB-nin Nizamnamə Orqanlarından birincisi məhz Dövlət Başçıları Şurasıdır. 2022-ci ilin oktyabrın 14-də Qazaxıstanın paytaxtı Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilib.Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin iclasda iştirak edib. Cənab Prezident demək olar ki, bütün beynəlxalq tədbirlərdə, platformalarda tarixi həqiqətləri cəsarətlə dünya ictimaiyyətinin diqqətinə çatdırır. Elə Şura iclasında da cənab Prezident bir daha tarixi hadisələri qeyd edib, erməni vandalizmini tutarlı faktlarla ifşa etdi.

"OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev deyib ki, faktlara uyğun və konstruktiv məzmunlu çıxışında cənab Prezident ən vacib məsələyə toxundu:

"Təəssüf ki, 28 il ərzində Minsk qrupunun nəticəsi sıfra bərabərdir. İndi göründüyü kimi, bu qurumun başlıca məqsədi münaqişənin nizamlanması yox, onun dondurulması idi. Danışıqların aparılması münaqişənin hələ uzun illər həll olunmaması üçün yalnız pərdə idi. Beləliklə, münaqişə həll olunub. Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll edib"

Rafiq Əliyevin sözlərinə görə, bütün dünyaya məlumdur ki, Azərbaycan humanist siyasət aparır:

"Və bütün məsələlərdə ölkəmiz konstruktiv mövqe sərgiləyir. Separatçı rejim olan və vandal siyasəti aparan, monoetnik Ermənistandan fərqli olaraq, Azərbaycanda öz vətəndaşlarımız kimi bütün xalqların nümayəndələri sülh və harmoniya şəraitində yaşaya bilir və ya ölkəmizdə təhlükəsizlik şəraitində səfərdə olurlar. Bu məsələyə də diqqət çəkən möhtərəm Sədr,cənab Prezident qeyd etdi ki, Qarabağ Azərbaycandır. Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Biz öz daxili məsələlərimizi heç bir tərəflə müzakirə etməyə hazırlaşmırıq. Bu isə təbii ki onu göstərdi ki, Azərbaycan C.Qafqazın ən güclü dövlətidir və dövlətimiz öz daxili məsələlərini həll edərkən heç kimlə hesablaşmır, öz milli maraqları naminə olan qərarları müstəqil qəbul edir. Ona görə ki, qüdrətli Azərbaycanın Zəfər Sərkərdəsi, güclü Lideri olan və xalqımızın maraqları naminə gecə-gündüz durmadan çalışan Prezidenti-Cənab İlham Əliyev vardır! Xalqımızın hər bir nümayəndəsi qürur hissi keçirir ki,balanslaşdırılmış şəkildə həyata keçirilən müdrik siyasətimiz ölkəmizin uğurlu gələcəyini təmin edir!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31