"Orta Dəhlizin inkişaf etdirilməsi hər kəsin xeyrinədir" - Çavuşoğlu
22 Oktyabr 2022 19:55 SiyasətAzərbaycanla imzaladığı razılaşmalara əsasən, üzərinə götürdüyü öhdəlikləri icra etsə, Ermənistan da bölgədə vacib iştirakçılardan biri olacaq.
Olaylar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir qeyd edib ki, o zaman bölgədə baş verənlər Ermənistanın da faydasına olacaq: "Dolayısı ilə Orta Dəhlizin inkişaf etdirilməsi hər kəsin xeyrinədir. Ermənistan illərdir Azərbaycan torpaqlarını işğal edərək özünü təcrid edib. Azərbaycan torpaqlarını Qarabağ zəfəri ilə azad etdikdən sonra sülh fürsəti ortaya çıxıb və bunu yaxşı dəyərləndirmək lazımdır".
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31