Səfirliyimizə hücum edən erməninin məhkəməsinin vaxtı bilindi
21 Oktyabr 2022 22:20 SiyasətFransada Azərbaycan səfirliyinə hücum edən Loris Tufanyanın məhkəmə prosesinin vaxtı bəlli olub.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, "Charjoum" dissident qrupunun yaradıcılarından biri olan Loris Tufanyanın məhkəməsi iyunun 23-də baş tutacaq. Bu barədə hərəkatın instaqram səhifəsində yazılıb.
Xatırladaq ki, sentyabrın 18-i ermənilər Azərbaycanın Fransadakı səfirliyinə hücum ediblər. Erməni vandalları səfirliyin binası qarşısındakı dəmir maneələri qıraraq binaya daxil olmağa çalışıb. Onlara polis müdaxilə etməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31