ATƏT-in Ermənistana missiya göndərməsi sülh danışıqlarına zərbə vurmaq məqsədi daşıyır - ÖZƏL
21 Oktyabr 2022 16:18 Siyasət"ATƏT-in Ermənistana missiya göndərməsi və həmin missiyanın göndərilməsi zamanı Azərbaycanla razılaşdırılmaması, eyni zamanda bunun təşkilatın vahid qərarı olmadan reallaşdırılması onu deməyə əsas verir ki, həmin missiyanın heç bir hüquqi statusu yoxdur".
Bu fikirləri "OLAYLAR"-a Milli Məclisin deputatı Cavid Osmanov səsləndirib. O bildirib ki, indiki kövrək məqamda ATƏT-in Ermənistana missiya göndərməsi oktyabrın 6-da baş tutan Praqa görüşünün ruhuna da uyğun deyil və sülh yolunda atılan addımlara zərbə vurmaq məqsədi daşıyır.
Millət vəkili qeyd edib ki, sözügedən missiyanın Ermənistana göndərilməsində daha çox Fransa maraqlı olub və bu da başadüşüləndir. Çünki Paris heç bir halda Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini istəımir: "Fransanın antiAzərbaycan mövqeyini istər 44 günlük Vətən müharibəsi zamanı, istərsə də onun ATƏT-in Minsk qrupuna həmsədrlik etdiyi illərdə açıq şəkildə görmüşük".
Süleyman İsmayılbəyli