Bağdat Amreyev “Dostluq” ordeni ilə təltif edildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Bağdat Amreyevin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Olaylar.az xəbər verir ki, sərəncama əsasən, Türk Dövlətləri Təşkilatının Baş katibi vəzifəsində səmərəli fəaliyyətinə və Azərbaycan Respublikası ilə Təşkilatın üzvü olan ölkələr arasında tərəfdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Bağdat Amreyev "Dostluq" ordeni ilə təltif edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31