Binəli Yıldırım Türkiyəyə yola salındı - FOTO
21 Oktyabr 2022 15:21 SiyasətAzərbaycanda səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Türkiyəyə yola salınıblar.
Bu barədə məlumatı Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı öz rəsmi tviter hesabında paylaşıb.
Səfir, həmçinin paylaşımında Prezident İlham Əliyevin Binəli Yıldırım, Şamil Ayrım və Oğuzhan Dəmirçini xəstəxanada ziyarət etdiyini də xatırladıb: "Yaxından maraq göstərdiyi üçün cənab Prezidentə təşəkkür edirik. Var olsun! Onların vəziyyəti yaxşıdır. Türkiyəyə yola saldıq".
sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
