Amerika qafqazlardan Rusiyaya qarşı cəbhə açmaq istəyir - ÖZƏL
21 Oktyabr 2022 14:35 Siyasət"Birləşmiş Ştatlar qafqazlardan Rusiyaya qarşı bir cəbhə açmaq istəyir. Bundan dolayı son zamanlar Birləşmiş Ştatların bu regiona marağı artıb". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi Yücel Karauz səsləndirib. O bildirib ki, son aylarda okeanın o tayından regiona səfər edən rəsmi şəxslərinin də sayının artdığını müşahidə edirik: "Birləşmiş Ştatlar Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri və orada aktyorluq edərək göz yaşları tökməsi də bunun bir təzahürüdür".
Yücel Karauz onu da qeyd edib ki, bütün halda Türkiyə və Azərbaycan bir başqalarının regiona mənfi yöndən olan həmlələrinin qarşısını alacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31