Türkdilli ölkələr dini bayramları eyni gündə keçirsin - Deputat

"Özbəkistan dini liderinin təklif etdiyi türkdilli ölkələrdə dini bayramların eyni gündə keçirilməsi dəstəklənməlidir". "Olaylar" xəbər verir ki, bu barədə Milli Məclisin iclasında deputat Siyavuş Novruzov bildirib: "Dini lider bildirib ki, Türk ölkələri dini bayramları bir gündə keçirsin. Bu, təbii ki, ölkələr arasında əlaqələri daha da güclənməsinə gətirib çıxaracaq. Türk ölkələrin liderlərinin Qarabağda bir yerə toplaşması da vacib mesajlardan biridir. Qurban, Ramazan Bayramı kimi xüsusi dini günlər türkdilli ölkələrin hamısında eyni gündə keçirilərsə, daha yaxşı olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31