Əlcəzairə viza tələbi aradan qaldırıır
21 Oktyabr 2022 12:23 SiyasətDiplomatik pasportlara malik Azərbaycan vətəndaşları Əlcəzairə gedərkən viza tələbindən azad olacaq. "Olaylar"ın məlumatına görə, parlamentin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31