Qərbin məqsədi NATO qüvvələrini sərhəddə yerləşdirməkdir - Zahid Oruc

"Dövlətimizə qarşı bəzi ölkələr tərəfindən təhdidlər davam edir. Neçə illər ərzində sərhəddə təlim keçirməyən İran indi təlimlər keçirməyə başlayıb". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqların komitəsinin sədri Zahid Oruc parlamentin bu gün keçirilən iclasında deyib: "Dünən Zəngilanda Türkiyə lideri bildirdi ki, Azərbaycan tək deyil. Oradan verilən mesaj təkcə İran və Ermənistan üçün yox, bütün bizim ölkələrə təhdid yağdıranlara aiddir. Belə bir vaxtda Ərdoğanın birbaşa Zəngilana, Cəbrayıla gəlməsi, Prezident İlham Əliyevlə görüşməsi ölkəmizə edilən hücumlara zərbə vurdu, deyə bilərik. Qərbin məqsədi Rusiyaya qarşı ikinci cəbhə açmaq və Ağdamda yerləşən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzini bölgədən çıxarıb NATO qüvvələrini sərhəddə yerləşdirməkdir. Lakin Ali Baş Komandan İlham Əliyev Şuşa Bəyannaməsini Ermənistana deyil, ölkəmizə və Türkiyəyə təhlükə törədən dövlətlərə qarşı imzalayıb".

Komitə sədri çıxışı zamanı İranla bağlı məsələyə də toxunub:"İran Ermənistanın ərazi bütövlüyünü qoruyanda bilməliydi ki, bir gün qarşısında böyük qüvvə görəcək. Erməni mətbuatı hərbi təlimlərdə İran inqilab keşikçilərinin (SEPAH) Bakını ələ keçirməyi haqda yazırlar. Bizim İranla dövlətlərarası sərhədlər müəyyənləşib, lakin kimsə Ermənistan kimi İranla da yeni sərhəd istəyirsə, tarixi geriyə çevirə bilər. Qoşunlarını sərhəddə yığıb, oranı cəbhə xəttinə çevirmək Ermənistanı Qafqazın Ukraynasına, yaxın Şərqin Suriyasına döndərəcək. Biz İran, Rusiya, Amerika, İsrail və bütün dövlətləri Türkiyə lideri kimi gəlib azad torpaqlarda Prezident İlham Əliyevlə sülh və quruculuq müqaviləsi imzalamağa çağırırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31