Türkiyə bir daha sübut etdi ki, Azərbaycanın yanındadır - Spiker

"Dünən cənab prezident İlham Əliyev və qardaş ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan hava limanında oldu". "Olaylar" xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova bildirib: "Xalqlarımız və dövlətlərimiz arasında dostluq əlaqələri bizim ən böyük uğurumuzdur. Ordan verilən əsas mesaj prezident İlham Əliyevin dediyi kimi, biz gec-tez öz torpaqlarımıza qayıdacağıq. Türkiyə bir daha sübut etdi ki, bu gün də Azərbaycanın yanındadır. 44 günlük savaşda necə siyasi, mənəvi dəstək göstərmişdisə, bərpa prosesində də Azərbaycanın yanındadır. Xalqlarımızın dostluğu və qardaşlığı bizim güc mənbəyimizdir. Zəngilanda verilən mesajlardan biri də o idi ki, biz öz torpaqlarımıza qayıtmışıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31