Rusiya ilə ittifaqdan imtina Ermənistana baha başa gələcək- ÖZƏL

"Bu gün dünyada baş verən reallıqları nəzərə alsaq, siyasi reallıq Azərbaycanın xeyrinə işləyir. Paşinyan anlayır ki, Rusiya ilə ittifaqdan imtina onun özünə və Ermənistana baha başa gələcək". Bunu Olaylar-a  deyən Milli Cəbhə Partiyasının sədr müavini Rafiq Daşdəmirlinin sözlərinə görə, Rusiyanın yerinə ABŞ-ın  Ermənistanın təhlükəsizliyinə təminat verəcəyinə əmin deyil"
:Onun üçün də, İravana səfər edən, Qarabağ separatçılarının lideri Araik Arutunyana İrəvandakı görüşlərdə izah etdilər ki, Ermənistan gücsüzdür, Azərbaycanla şifahi razılaşmalar var.Ona görə də probleminizi özünüz həll edin.Bunu başa düşməyən Araik Moskvadan ümüd gözlədiyi halda, İravən qərblə yaxınlaşmağa çalışır. Çaşqın İravan rəhbərliyi, Araikdən tam üz döndərməyə çalışır.
Nensi Pelosidən sonra Nümayəndələr Palatasının Demokratik Tərəfdaşlıq Komitəsinin sədri Deyvid Prays İrəvana gedib. Amerikalı konqresmenlər və diplomatlar Azərbaycanla qarşıdurmada Ermənistana bir şərtlə dəstək vədi verirlər ki, İrəvan Rusiyadan uzaqlaşsın. Amma Paşinyan yaxşı başa düşür ki, bu İ ravanın sonu deməkdir.Ona görə də tək yol Azərbaycanın şərtlərini qəbul etmək, sülh sazişi imzalamaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31