Türkiyə Prezidenti: Azərbaycan 30 illik haqqını geri alıb

Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, bu gün ölkəmizin həyatında əlamətdar gündür: "Əziz qardaşımı Cəbrayılda, Zəngilanda salamlamaq, xoş gəlmişsiniz demək mənim üçün böyük şərəfdir. Bu gün biz birlikdə Zəngilan hava limanının açılışını qeyd etdik. Bir il bundan əvvəl əziz qardaşımın iştirakı ilə Füzuli hava limanını birlikdə açdıq. Bu gün isə Zəngilan hava limanını açdıq. Yəni, bu onu göstərir ki, biz bütün xoş günlərdə bərabərik".

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə deyib ki, müharibədən qısa müddət sonra belə hava limanlarını inşa etmək hər ölkənin bacaracağı iş deyil. Ərdoğan ATƏT və digər beynəlxalq təşkilatların bölgəyə səfər etmədiyinə də diqqət çəkib: "Onlar gəlmir. Ermənistanın törətdiyi vəhşilikləri görməzdən gəlirlər. Bunlarla bağlı Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsində iddia irəli sürməlidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu bölgələr yenidən qurulur, Azərbaycan yenidən inşa edilir. Biz bunları bu gün yaşayırıq, duyaraq deyil, görərək bunları bildiririk. Azərbaycan adətən küllərindən doğaraq yenidən ayağa qalxır. Bu hava limanları Qarabağın azad edilməsindən sonra Qarabağın çiçəklənməsinin bir göstəricisidir".

Türkiyə prezidenti bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq yersizdir: "Azərbaycan əmin addımlarla yoluna davam edir. Zəngəzur dəhlizi Orta Dəhlizdəki bütün ölkələr üçün inkişaf və sərmayə imkanlarını təqdim edəcək. Azərbaycan 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad edib. 30 illik haqqını geri alıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31