Prezident İlham Əliyev: Bu gün biz bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyini görürük
20 Oktyabr 2022 18:39 SiyasətBu gün biz bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyini görürük. Burada genişmiqyaslı quruculuq-bərpa işləri aparılır.
Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl şəhərində mətbuata bəyanatında bildirib.
"Bu gün əziz qardaşımla bərabər həm dəmir yolunun inşası ilə tanış olduq, "Dost Aqropark"ının açılışını birlikdə qeyd etdik. Bu da bölgəyə birinci özəl sərmayədir, özəl yatırımdır və bu aqroparkın adı - "Dost Aqropark" özlüyündə hər şeyi deyir", - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31