Fransa sülhə dəstək olmur, ona əngəl yaradır - Milli Vəhdət Partiyası ÖZƏL

"Rəsmi Parisin 44 günlük Vətən müharibəsi başa çatan gündən və üçtərəfli formatda görüşlər keçiriləndən indiyə qədər bütün hərəkətləri, atdığı addımlar tərəflər arasında əldə olunan razılaşmalara əngəl olmaq, Azərbaycanla Ermənistan arasında mümkün sülh müqaviləsinin imzalanmasını yubatmağa hesabıanıb. Elə ən son Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə keçirilən görüşə Fransa prezidenti Emmanuel Makronun özünü sırıması da məzh bu məqsədə xidmət edirdi". "OLAYLAR" xəbər verir ki, bu fikirlər Milli Vəhdət Partiyasının açıqlamasında əksini tapıb. Partiya bəyan edir ki, Emmanuel Makron tərəflərin Praqada keçirilən görüşündə zorla iştirak etməklə əslində Brüssel formatına zərbə vurmağa çalışıb və danışıqları yenidən sıfırdan başlamaq xətti götürüb: "Halbuki ötən iki il müddətində istər Avropa İttifaqı, istərsə də Rusiya Federasiyasının təşəbbüsü ilə keçirilən görüşlərdə tərəflər bir neçə məsələ ətrafında ümumi razılıq əldə edə biliblər. Hətta ən son Brüssel görüşündə cari ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının mümkünlüyü ifadə edilmişdi. Ancaq göründüyü kimi Fransa prosesə müdaxilə edəndən sonra proses yenidən geriyə doğru istiqamət götürüb. Ermənistan tərəfi sərhəd xəttinə yenidən hərbi texnika və canlı qüvvə toplayır. Yenidən bu ölkədən revanşist fikirlər səslənir".

MVP hesab edir ki, Fransa Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına, tərəflərin münasibətləri normallaşdırmasına bir nömrəli maneə olsa da, lakin fransız rəsmilər bunu tamamilə başqa cür qələmə verirlər: "İddia edirlər ki, guya Praqa görüşündə Makronun iştirakı uğurlu nəticənin əldə edilməsinə yol açıb. Təsadüfi deyil ki, Fransanın Azərbaycandakı səfiri də  son məqaləsində iddia edib ki, Avropa İttifaqının sülh prosesinə fəal dəstəyi əvəzsizdir və Fransa prezidentinin iştirakı Praqada uğurlu nəticə əldə etmək üçün həlledici əhəmiyyətə malikdir.  Səfir Zaxari Qrosun  "Praqa ruhu"nun yaşaması və Makronun danışıqlarda iştirakını və əldə olunmuş nəticələri az qala Fransanın "xüsusi xidməti" kimi təqdim etməsi kökündən yalnışdır. Əksinə, Makronun Praqa görüşündə daha çox Ermənistan tərəfindən çıxış etdiyi özünü büruzə verirdi. Elə bunun nəticəsidir ki, Ermənistan rəhbərliyi Praqadan geri döndükdən sonra sülh deyil, daha çox müharibə ritaorikasından danışır".

Milli Vəhdət Partiyası hesab edir ki, Fransa doğurdan da regionda sülhün, sabitliyin təmin olunması, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını istəyirsə, o halda proseslərə müdaxilə etməyin kənardan müşahidə aparsın: "Milli Vəhdət Partiyası hesab edir ki, bundan sonra tərəflər arasında baş tutacaq istənilən formatda görüşdə Fransa prezidentinin iştirakına Azərbaycan heç bir halda razılıq verməsin. Çünki içində erməni sevgisi, Ermənistana rəğbəti olan bir ölkə və ya ölkə başçısının ədalətli sülhdən yana olması, erməni maraqlarından çıxış etməməsi mümlün deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31