“Siyasi partiyalar haqqında” yeni qanun layihəsilə bağlı dinləmələr keçiriləcək
20 Oktyabr 2022 14:34 SiyasətOktyabrın 24-də Milli Məclisdə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin ictimai-siyasi əhəmiyyəti nəzərə alınaraq ictimai dinləmə keçiriləcək. Bu barədə "Olaylar"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd edək ki, Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələrinin müraciəti əsasında parlamentdə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması ilə bağlı müvafiq iş aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31