İlham Əliyev və Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak ediblər - FOTO
20 Oktyabr 2022 13:14 SiyasətOktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.
Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsdilər.
Zəngilan Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edildi.
Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış oldular.
Məqaləyə dair fotomateriallar:
.jpg)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31