Zəngilan ölkəmizin nəqliyyat-logistika mərkəzinə çevrilir - Deputat
20 Oktyabr 2022 13:00 Siyasət20 Oktyabr 2020-ci il tarixində müzəffər Azərbaycan Ordusu Zəngilan şəhərini işğalçılardan azad edib. Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü bərpa etdik, həm ədaləti bərpa etdik, həm də milli ləyaqətimizi bərpa etdik. Bu gün işğaldan azad olunmuş bütün torpaqlarımızı öz gücümüzə yenidən qururuq, eləcə də Zəngilan torpağında həyat qururuq. Qarabağa "Böyük Qayıdış"da məhz Zəngilandan başlamışdır. Biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. "Olaylar"ın məlumatına görə, millət vəkili Emin Hacıyev bildirib ki, bu gün qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə Zəngilanda açılışı reallaşacaq Zəngilan Beynəlxalq Hava limanı bir daha bütün dünyaya Azərbaycanın iqtisadi gücünü, qüdrətini nümayiş etdirəcək: "Eyni zamanda bu bizim nəyə qadir olduğumuzu göstərir. Beləliklə, Zəngilan ölkəmizin nəqliyyat-logistika mərkəzinə çevrilir. Zəngilan bizimdir, Qarabağ Azərbaycandır!"