“Böyük qayıdış”ın kiçik nümunələri
20 Oktyabr 2022 12:37 Siyasət"30 ilə yaxın müddətdə erməni faşistləri tərəfindən işğal altinda qalmış Zəngilan rayonunun azad olunmasından 2 il sonra bu rayonun Ağalı kənd sakinləri Ali Baş Komandanını doğma ocaqlarında qarşılayırlar". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sadiq Qurbanovun sözlərinə görə, bunlar hələ böyük qayıdışın kiçik nünunələri, bu torpaqlara əbədi sahibliyimizin təsdiqidir: "Cənab Prezident onlarla görüşdə "Əlbəttə, mən deyirdim ki, biz mütləq qayıdacağıq. Deyirdim ki, öz torpaqlarımıza qayıdacağıq və qayıtdıq. İndi burada yaşayırıq. Sizin də qayıdışınız bunu göstərir ki, keçmiş köçkünlərin hamısı öz doğma torpaqlarına qayıdacaq. Çünki bəziləri hesab edirdilər ki, indi 30 il keçib, heç kim qayıtmaz. Amma baxın, görün, siz də qayıtmısınız",- deyə dövlət başçısı bildirib. Ulu Tanrı ulu xalqımızı və onun rəhbəri İlham Əliyevi qorusun! Bu gözəl günlərin yaşanmasında öz canlarını fəda etmiş qəhrəman Şəhidlərimizi dərin hörmətlə anır, yaralı qazilərimizə şəfa diləyirik".