Əliyevlə Ərdoğanın Arazın sahilində verəcəkləri mesajlar maraqlı olacaq - ÖZƏL
20 Oktyabr 2022 10:50 Siyasət"Ərdoğan bu gün Azərbaycana gəlir. O, prezident İlham Əliyevlə birlikdə Zəngilanın işğaldan azad edildiyi gündə Zəngilan Beynəlxalq Hava Limanının açılışını edəcək. Bu səfər sərhədimizdə hərbi təlimlər keçirən və Bakıya qarşı müxtəlif kanallarla təhdid irəli sürən İrana Ankara və Bakının birlik mesajının verilməsi baxımından da yerinə düşür". "Olaylar" xəbər verir ki, bunu deyən siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, ötən ilin oktyabr ayında da İran Araz boyu ərazilərdə hərbi təlimlərlə "güc nümayişi" sərgiləmişdi və həmin ərəfədə Ərdoğan Füzuli Hava Limanını açılışı məqsədilə işğaldan azad edilən ərazilərə gəlmişdi: "Bir il sonra yenə eyni ssenari təkrarlanır. Türkiyənin Azərbaycanda, ümumiyyətlə bölgədə olmasına qarşı çıxan Tehran hərbi təlimlərlə nələrisə nümayiş etdirməyə çalışır və öz hərbçilərinə bir-iki güllə atıb gedirlər. Əliyevlə Ərdoğanın Arazın sahilində verəcəkləri mesajlar da maraqlı olacaq".